26 Aprel 2016 01:48
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa şəhərində partlayış baş verib.

Teleqraf.com-un unian.net-ə istinadən xəbərinə görə, partlayış "Pivdennıy" ("Cənub") bankına məxsus ofisin ərazisində baş verib.

Bu barədə Odessa vilayətinin Baş Polis İdarəsi məlumat yayıb.

"Bu gün, aprelin 25-də saat 23:28-də "102" qaynar xəttində "Pivdennıy" bankının inzibati binasındakı liftin şaxtasında partlayış olduğu barədə məlumat daxil olub. Hadisə yerinə operativ əməliyyat qrupu göndərilib", - xəbərdə deyilir.

Hadisə zamanı xəsarət alanlar yoxdur.

"Taymer" nəşrinin xəbərinə görə, partlayış bankım binasına qranatamyotdan açılan atəşdən sonra baş verib. Qranatamyotun tubusu yaxınlıqdakı kolluqdan tapılıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər