26 Aprel 2016 12:41
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə rəhbərliyi Suriya ilə sərhədə raket sistemlərinin yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri məlumat verib:

"5-ci zirehli tank briqadası 13 TIR vasitəsilə Kilis bölgəsinə göndərilib. Əsas məqsəd Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirməkdən ibarətdir".

Qeyd edək ki, son günlər İŞİD terror təşkilatı Suriya ərazisindən Türkiyəyə çoxsayda raketlər atıb. Hadisələr zamanı dinc sakinlər arasında ölən və yaralıların olduğu açıqlanıb.

Samir


Müəllif: