Rusiya prezidenti Vladimir Putin ölkədə kənd təsərrüfatı məhsullarının bahalaşmasının qarşısını almaq üçün Türkiyəyə tətbiq edilən sanksiyaların bir qismini aradan qaldırmaq barədə göstəriş verib.
Teleqraf.com xəbər verir ki, Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxodnadzor”) artıq bəzi məhsulların idxalına razılıq verib.
Rusiyanın ilkin mərhələdə nar, bibər, badımcan, heyva, balqabaq, qreyfurd kimi meyvələrin idxalına qoyulan sanksiyaları qaldıracağı bildirilir.
“Rosselxodnadzor”un rəsmiləri bildiriblər ki, qərar yaxın günlərdə rəsmən açıqlanacaq.
Ayxan