18 İyun 2014 10:58
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 rus şirkətinin məhsullarına məhdudiyyət qoyuldu

ABŞ-ın hakimiyyət dairələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdə davam edir.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu dəfə 5 rus şirkəti etimad göstərilməyən partnyorlar siyahısına salınıb və onlara bundan sonra xüsusi ixrac nəzarəti tətbiq olunacaq.

Bu dəfə “qara siyahı”ya düşən müəssisələr sırasında Rusiya Elmlər Akademiyasının Radiotexnika və Elektronika İnstitutunun Fryazinski filialı, “Voyentelekom”, Biznes Təhlükəsizliyi Akademiyası, “Nuklin” və “Ampika Nasosları” şirkətləri yer alıb. Tətbiq olunan yeni qaydalara əsasən, həmin şirkətlərin məhsullarının Amerikaya ixracı qaydaları sərtləşdiriləcək və artıq bundan ötrü xüsusi lisenziyalaşdırma prosedurlarından keçmək lazım gələcək.

Nail Cəlil


Müəllif: