27 Aprel 2016 22:26
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya və Türkiyə çox özəl iki ölkədir. Aramızda böhran ola bilər. Önəmli olan münasibətləri normal qaydaya salmaq, hətta daha yüksək səviyyəyə qaldırmaqdır. Tarixən dərin böhranlar yaşadıq, amma sağlam düşüncə ilə bunları həll edə bildik".

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım deyib.

Onun sözlərinə görə, böhrandan çıxmaq üçün bir neçə yol var. Bunlardan birincisi keçmişi, bu günü və gələcəyi əhatə edən prinsipial mövqedir. İkincisi dialoq və müzakirə. Üçüncüsü, dialoq zamanı açıq, səmimi, qərarlı olmaqdır. Böhran zamanı Rusiyadakı türklər sıxıntı yaşadılar. Amma biz bilirik ki, problemləri yaradanlar rus xalqını təmsil etmirlər. Mən türk səfir olaraq böhrandan sonra Türkiyədə ruslara qarşı hər hansı nifrətin yaranmamasından qürur duyuram".

Səfir hesab edir ki, böhrandan çıxmaq üçün "üzr diləmək tələbi" problemi həll etməyəcək: "Biz təyyarə vurulandan sonra təəssüfümüzü ifadə etdik. Türkiyə olaraq bu məsələdə önəm verdiyimiz həssaslığımız var. "Üzr istəmək" məsələsi problemi həll etməyəcək. Biz dialoqun tərəfdarıyıq".


Müəllif:

Oxşar xəbərlər