Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında toy zamanı qaz balonunun partlaması nəticəsində 7 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Sinxua” agentliyində yer alıb. Polisin məlumatına görə, partlayış zamanı 2 qadın və 5 uşaq həlak olub.
Hadisə toyda yemək hazırlayan zaman qaz balonun alışıb, partlaması nəticəsində baş verib. Xəsarət alanların hamısı yerli xəstəxanaya çatdırılıb. Onlardan 2-i ağır vəziyyətdədir. Partlayış zamanı yaxınlıqdakı evlər alovdan ziyan çəkib.