28 Aprel 2016 22:53
644

Şimali Koreyanın orta mənzilli raketi sınaqdan keçirmək cəhdi alınmayıb. Teleqraf.com xəbər verir ki, raket havada partlayıb.

Ölkənin müdafiə naziri daha öncə açıqlamasında bildirmişdi ki, Musudan raketini ABŞ-ın Asiya və Sakit Okeandakı hədəflərini vurmaq üçün sınaqdan keçirəcəklər.

Bir həftə öncə Koreya dənizaltı raketi uğurla sınaqdan keçirmişdi.

Cənubi Koreya rəsmiləri bildiriblər ki, raket sınağı uğursuz olsa da belə BMT-in qərarlarına ziddir.

Ayxan


Müəllif: