29 Aprel 2016 13:44
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyaya qarşı sanksiyalar ləğv edilməyəcək”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Daniel Baer deyib.

Onun sözlərinə görə, sanksiyaların ləğv edilməsi üçün Rusiyanın Ukraynadakı təcavüzünə və Krımın işğalına son verməsi vacibdir. Baer bildirib ki, son günlər Ukraynanın şərqində atəşkəs mütəmmadi olaraq pozulur və bunun nəticəsində 20 dinc sakin həyatını itirib.

O, Rusiya və havadarlarının Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin döyüş bölgəsindəki insanlara yardım etməsinə izn vermədiyini deyib: “Rusiya və ruspərəst qüvvələr mütəmmadi olaraq atəşkəsi pozur. Bu, Minsk razılaşmasına ziddir. Onları atəşkəsə riayət etməyə çağırıram”.

Samir


Müəllif:

Oxşar xəbərlər