29 Aprel 2016 19:23
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hüquq-mühafizə orqanları Dağlıq Qarabağa göndərilən yardımların satılmasına dair yayılan xəbərlərlə bağlı araşdırma aparır.

Ermənistanın “operativ.am” saytı yazır ki, ölkə prokurorluğu “Orinats Yerkir” Partiyasının deputatı Levon Doxolyanın məlumatı əsasında Ermənistan Polisinə (Daxili İşlər Nazirliyinə) sorğu göndərib.

L.Doxolyan özünün «Facebook» səhifəsində yazıb ki, Dağlıq Qarabağ üçün nəzərdə tutulan yardımlar Ermənistanda və Dağlıq Qarabağın özündə satılır. Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən bildiriblər ki, L.Doxolyanın qeyd etdiyi məsələ ilə bağlı araşdırmalara başlanılıb. İstintaq aparılır.

/Virtualaz.org/


Müəllif:

Oxşar xəbərlər