Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən Rusiya səfirliyinin divarı üçüb.
Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində divarın altında qalmıəş 4 nəfər dünyasını dəyişib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli şöbəsinin məlumatına əsasən, güclü yağışdan gizlənmək üçün divarın dibinə sığışmış insanlar faciənin qurbanına çevriliblər.