Ermənistan parlamentinin spikeri Qalust Saakyanın səhhəti pisləşib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Qraparak” qəzeti məlumat yayıb. Qəzet yazır: “Parlament sədrinin mayın 16-19-da növbəti dəfə 4 gün müddətinə müalicə üçün Almaniyaya gedəcəyi gözlənilir. Mart ayında o, müalicə üçün həyat yoldaşı ilə Almaniyaya getmiş və orada müvafiq müalicə almışdı. İndi isə o, müalicənin davam etdirilməsinə ehtiyac duyur”.
Qəzet yazır ki, parlament sədrinin səhhətində yaranmış problem səbəbindən onun ali qanunverici orqanda görünməsi praktiki cəhətdən mümkün olmayıb. “O son aylarda yalnız bir dəfə – hakim Respublika Partiyasının “Razdan sement”lə bağlı irəli sürdüyü layihənin müzakirəsi zamanı parlamentdə görünüb”.
Qeyd edək ki, 68 yaşlı Saakyan iki il öncə – 2014-cü ilin aprelin 29-da Ermənistan parlamentinin sədri seçilib.
Səxavət