Dağıstanın Məhərrəmkənd rayonunun Cepel kəndi ərazisində top mərmisi partlayıb, yaralıların olduğu bildirilir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan FHN-dən bildirilib.
“Yanğınsöndürənlər hadisə yerinə cəlb olunduqdan sonra fərdi evin ərazisində top mərmisinin partladıldığı müəyyən edilib. Partlayışdan sonra yanğın qeydə alınmayıb. Hadisə nəticəsində bir necə nəfər yaralanıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda bildirilir.