Almaniyanın vitse-kansleri, iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel xəstələnməsi ilə əlaqədar İrana səfərini ləğv edib.
APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Z.Qabriel səfərinin yeni tarixi hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, Z. Qabriel mayın 3-də iranlı həmkarı Əli Tayebnia ilə birlikdə Tehranda iqtisadiyyatla əlaqədar konfransda iştirak etməli idi.