İraqın cənubundakı Əs-Səmava şəhərində baş verən iki terror aktı nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Teleqraf.com-un xəbərinə görə, Alsumaria telekanalı yerli polisə istinadən sözügedən terror aktları zamanı 86 nəfərin yaralandığını bildirib.
Bundan əvvəl 33 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilmişdi. Terror aktları iki minalanmış avtomobilin şəhərin mərkəzində partladılmasıyla həyata keçirilib.
Əs-Səmava şəhərində əhalinin əksəriyyətini müsəlman-şiələr təşkil edir.
Nihad