1 May 2016 22:55
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə polis 1 May nümayişlərini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, qarşıdurma üzlərini motosiklet dəbilqəsi və kapuşonla örtən şəxlərin nümayişçilərə qatılmasından sonra baş verib. Onlar polisə zibil və butılka atmağa başlayıblar. Həmin şəxslərin bu hərəkəti "Hamı polisə nifrət edir", "Polis, rədd ol" şüarları ilə müşayiət olunub.

Bundan sonra polis qayda-qanun yaratmaq üzün gözyaşardıcı qaza əl atmalı olub.

Həmkarlar İttifaqının məlumatına görə, Parisdə 1 May nümayişlərinə 70 min nəfər qatılıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər