NATO Rusiya ilə hər hansı qarşıdurma və yeni “soyuq” müharibə istəmir.
APA-nın məlumatına görə, bunu “Welt” nəşrinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Biz Rusiya ilə münaqişə axtarmırıq, “soyuq” müharibə istəmirik”. Hazırda Polşa və Baltikyanı ölkələrində gördüyümüz işlər əsla hərbi qüvvələrin sayının artırılması ilə bağlı deyil. Biz həmçinin Rusiyanin hər hansı NATO-ya üzv ölkəyə hücüm etmək niyyətində olduğunu da görmürük. Siyasi dialoq üçün aramızda diplomatik kanalların açıq olması olduqca vacibdir. Kiməsə qarşı nüvə silahından istifadə etməkdən də söhbət ola bilməz. Lakin hələ ki dünyada bu silah mövcuddur, NATO nüvə Alyansı olaraq qalacaq”, deyə Y.Stoltenberq bildirib.
Qeyd edək ki, aprelin 20-də Brüsseldə səfirlər səviyyəsində son iki ildə ilk dəfə olaraq Rusiya-NATO Şurasının iclası keçirilib.