2 May 2016 20:52
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Ollandın bərbərinin maaşı hər kəsi təəccübləndirib. Teleqraf.com "Franspress" agentliyinə istinadən xəbər verir ki, prezidentin keçmiş həyat yoldaşı Trierveiler memuarında Eliza sarayındakı bərbərin maaşını açıqlayıb.

O, bildirib ki, bərbərə hər ay 8 min avro maaş verilib.

Jurnalistlər Aziz Zemouri və Stepan Marteaunun qələmə aldığı kitabda prezident sarayındakı ilginc məqamlara yer verilib. Qeyd olunur ki, Fransua Olland və Trierveilerin saç düzümünə baxan bərbər əslində ştatlı işçi olmayıb və müqavilə əsasında çalışıb.

Olivier Benhamou adlı bərbər Olland və Trierveilerlə 2012-ci il seçkiləri ərəfəsində tanış olduğunu bildirib. Trierveiler Ollanddan boşanandan sonra bərbər də sarayı tərk etməli olub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər