3 May 2016 13:52
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Türkiyə ilə viza rejimini ləğv etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı BBC telekanalı məlumat yayıb. Xəbərdə bildirilib ki, komissiya Ankaranın qarşısına bəzi şərtlər qoyub: "Türkiyə sabah Avropa Komissiyasına növbəti hesabatını təqdim edəcək. Əgər Ankara qarşıya qoyulmuş şərtləri yerinə yetirsə, komissiya fikirləşmədən Türkiyə ilə viza rejimini ləğv edəcək".

Qeyd edək ki, Avropa Birliyi və Türkiyə martın 18-də miqrant böhranı ilə mübarizə məsələlərilə bağlı razılaşma imzalayıb. Tərəflər bu razılaşma çərçivəsində Türkiyə üçün Şengen vizalarının ləğv edilməsi üzrə işi sürətləndirməyi qərarlaşdırıblar.

Samir


Müəllif:

Oxşar xəbərlər