4 May 2016 00:52
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada BMT-in Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşüb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Lavrov ABŞ ilə Rusiya müdafiə nazirlikləri arasında atəşkəslə bağlı aparılan müzakirələrin sona çatdığını və yaxın zamanlarda nəticələrin açıqlanacağını deyib.

Lavrov qeyd edib ki, Moskva Suriya məsələsində Vaşinqtonla əməkdaşlığı davam etdirir və yaxın gələcəkdə Suriyadakı prosesləri idarə etmək üçün Cenevrədə Rusiya-Amerika koordinasiya mərkəzi yaradılacaq.

Staffan de Mistura koordinasiya mərkəzinin effektiv işləyəcəyinə ümidini ifadə edib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər