4 May 2016 12:38
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Ovik Abramyanın ailəsinin inhisarçılığına etiraz olaraq askiya keçirilib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar Sevan-Yerevan avtomobil yolunu kəsiblər.
Məlumata görə, baş nazirin ailəsi xərçəng alveri ilə məşğuldur.

Onlar Ermənistanın Geqarkunik vilayətinin Noratus kəndinin sakinlərinin xərçəng ixrac etməsini qadağan ediblər. Baş nazirin qohumları bildirib ki, bu sahə ailəyə məxsusdur və kəndlilər bununla məşğul olmaq istəyirlərsə, xərçəngi yalnız ailəyə sata bilərlər.

Abramyanın qohumlarının bu davranışı sakinlərin etirazına səbəb olub.


Müəllif:

Oxşar xəbərlər