18 İyun 2014 15:48
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq döyüş təyyarələri neftayırma zavodunun ətrafını bombaladı

“İraq Şam İslam Dövləti” (İŞİD) yaraqlıları Səlahəddin vilayətində, Tikrit yaxınlığında ölkənin ən böyük neftayırma zavodunu ələ keçirib.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, neftayırma zavodunun anbarları İŞİD silahlıları tərəfindən atəşə tutulub. İraq döyüş təyyarələri isə neftayırma zavodunun ətrafını bombalamağa başlayıb.


Bir müddətdir, ciddi qarşıdurmaların yaşandığı İraqda İŞİD silahlıları Səlahəddin vilayətinin mərkəz şəhəri Tikrit yaxınlığındakı bir sıra yaşayış məntəqələrini də ələ keçiriblər. Eyni zamanda, hökumət qüvvələri aviasiyasının intensiv bombardımanı nəticəsində gün ərzində “İŞİD” qruplaşması xeyli itki verib.

Nail Cəlil


Müəllif: