Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vəziyyətlə bağlı xüsusi bəyanat yayıb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Lavrov hazırda əsas vəzifənin atəşkəs rejiminin istənilən pozuntu hallarının aradan qaldırılması, yeni qurbanların qarşısının alınması və atəşkəsə riayət edilməsinin işlək mexanizlərinin hazırlanması olduğunu bildirib.
Lavrovun sözlərinə görə, bu anlaşma «hələ təxminən beş il öncə Dmitri Anatolyeviç Medvedev prezident olduğu dövrdə Ermənistan və Azərbaycan prezidentləri tərəfindən imzalanmışdı».
«Onlar hadisələrin araşdırılmasının belə mexanizmləri, inamın möhkəmləndirilməsi xeyrinə razılaşmışdılar. ATƏT-ə bununla məşğul olmaq tapşırıldı, ATƏT nümayəndələri də müxtəlif variantlarda belə layihələr hazırladılar. Lakin təəssüf ki, həmin mərhələdə, 2012-ci ildə sona qədər getmədi. Amma indi istəyirik ki, tərəflər buna qayıtsınlar, ATƏT-dəki Almaniya sədrliyi fəallıq göstərmək istəyir və biz bunu dəstəkləyirik», - Rusiya XİN bnaşçısı belə deyib.