4 May 2016 21:58
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərinin Camiyyat əz-Zəhra bölgəsində yerləşən Bəşər Əsəd qüvvələrinə məxsus qərargah müxaliflər tərəfindən partladılıb.

Axar.az xəbər verir ki, Hələbin Fəthi Əməliyyatı blokunun tərkibindəki qruplaşmalar əvvəlcədən qazdıqları tunelə partlayıcı yerləşdirərək qərargah binasını yerlə-yeksan ediblər.

Məlumata görə, partayışdan sonra hücuma keçən müxaliflər rejimin 30 əsgərini zərərsizləşdirib və 3 strateji məntəqəni ələ keçirib.

Bundan əlavə, Əsəd qüvvələrinə məxsus 3 tank və 3 zirehli texnika da məhv edilib.


Müəllif:

Oxşar xəbərlər