4 May 2016 22:47
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ohayo ştatının qubernatoru Con Keysik — prezident seçkiləri yarışında Respublikaçılar partiyasından Donald Trampın son rəqibi — bu iddiasından geri çəkildiyini bildirib.

Qubernator kimi populyarlığına baxmayaraq, Keysik yalnız öz ştatında seçicilərin dəstəyini qazana bilib.

Bundan öncə digər respublikaçı namizəd, Texasdan ştatından olan senator Ted Kruz İndiana ştatında praymeridə Trampa uduzduqdan sonra yarışdan çəkildiyini elan etmişdi.

/Teleqraf.com/


Müəllif: