5 May 2016 11:51
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Financial Times" qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlunun görüşünü şərh edib.

Teleqraf.com xəbər verir ki, "Böhran danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra Baş nazir Əhməd Davudoğlu istefa yolunda" başlıqlı yazıda əsas diqqət Türkiyə baş nazirinin istefasına yönəlib:

"Ərdoğanın Davudoğlunun səlahiyyətlərini məhdudlaşdırmaq cəhdləri baş naziri xəyal qırıqlığına uğradıb. Dünənki görüşün əsas məqsədi Davudoğlunun müstəqilliyi məsələsinin müzakirəsi olub. Görüş Ərdoğanın bütün müxaliflərdən qurtulmaq və hökuməti tamamilə nəzarətdə saxlamaq üçün yetərli gücə malik olduğunu göstərdi".

Qəzetin iddialarına görə, buna baxmyaraq, Davudoğlu qərarını dəyişə bilər: "Bu məsələ baş nazirin Ədalət və İnkişaf Partiyasında nə qədər dəstək qazanmasından asılı olacaq".

"Financial Times" hazırda Davudoğlunun postunu tuta biləcək şəxslərin adlarını açıqlayıb: "Bunlar, 2013-cü ildəki korrupsiya qalmaqalında adı çəkilən nəqliyyat naziri Binali Yıldırım, energetika naziri və prezidentin kürəkəni Berat Albayrak və ədliyyə naziri Bəkir Bozdağdır".

"Davudoğlu görüşə gedərkən, müşavirlərinə prezident konstitusiyadakı səlahiyyətlərə hörmətlə yanaşacağı halda, bu il baş tutacaq referendumda Ərdoğana dəstək verəcəyini deyib. Bir saat davam edən görüşdən sonra tərəflər mediaya açıqlama verməyib. Davudoğluna yaxın qaynaqlar isə görüş zamanı bəzi məsələlərin - alim və jurnalistlərin həbssiz mühakimə olunmalarının, separatçı kürdlərlə danışıqlara başlanmasının, Mərkəzi Banka müstəqil sədrin təyin edilməsinin və Avropa Birliyi ilə daha yaxşı əlaqələrin qurulmasının müzakirə edildiyini bildiriblər".

Samir


Müəllif:

Oxşar xəbərlər