18 İyun 2014 17:03
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti silahlıları Mosulda 40 hind vətəndaşını əsir götürüb.

Teleqraf.com xəbər verir ki, Hindistan hökuməti də hadisəni təsdiq edib.

Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Syed Ekberuddinin sözlərinə görə, Mosula inşaat işlərində işləmək üçün gedən hind vətəndaşları əsir götürülüb.

Onların harada saxlandıqları və qaytarılması üçün hələ ki, heç bir danışıq aparılmayıb.

Uğur


Müəllif: