ABŞ-ın keçmiş prezidentləri ata və oğul Corc Buşlar Donald Trumpın prezidentliyə namizədliyini dəstəkləməyəcəklər.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, respublikaçı siyasətçilər Donald Trumpa dəstəyi müəyyənləşdirməkdə çətinlik çəkirlər.
Cənab Trumpın qalan rəqibləri də bu həftənin əvvəli partiya namizədliklərini geri götürüblər.
Hər iki Buş Floridanın keçmiş qubernatoru Jeb Buşun namizədliyini dəstəkləyirdilər. O da namizədliyini fevral ayında geri götürüb.
Respublikaçılar ehtiyat edirlər ki, Trumpa qarşı olan seçicilər, ümumiyyətlə, Respublikaçılar Partiyasından çəkinə bilərlər.
Donald Trump prezident seçiləcəyi ilk 100 gün ərzində planını açıqlayıb. Onların arasında ABŞ-la Meksika arasında divarın tikilməsi və müsəlmanlara qadağalar da var.