18 İyun 2014 18:09
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinli milyarder Çen Quanbyao növbəti qeyri-adi addım atmaq qərarına gəlib.

O, min amerikalı yoxsulu Nyu-Yorkun Mərkəzi parkında xeyriyyə yeməyinə dəvət edib.

Milyarderin məqsədi onların Çinin varlı insanları barədə düşüncələrini dəyişməkdir.

O, iyunun 25-nə təyin edilmiş xeyriyyə aksiyası barədə məlumatı ABŞ-ın qabaqcıl qəzetlərində dərc etdirib.

Bundan başqa, şam yeməyinə gələnlər içərisində 300 dollar olan qırımızı zərf əldə edəcəklər.

Ç.Quanbyao bəyan edib ki, xeyriyyə yeməyinə təqribən 1 milyon dollar xərcləyəcək./trend/


Müəllif: