7 May 2016 21:01
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan –ABŞ “Noble Partner 2016” birgə hərbi təlimləri kiməsə qarşı yönəlməyib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN-in bəyanatında bildirilir.

“Gürcüstanda analoji hərbi təlimlər keçən il də təşkil olunmuşdu. Bu növ hərbi təlimlərlə Gürcüstan tərəfdaşları ilə əməkdaşlığı genişləndirir. Bu ölkənin müdafiə qabiliyyətinin artırılması üçün vacibdir”, - deyə məlumatda bildirilir.

XİN-də qeyd olunub ki, suveren və müstəqil dövlət olan Gürcüstanın ölkə ərazisində təlimlər keçirməyə, hansı ölkələrlə tərəfdaşlıq edilməsinə dair qərar verməyə və onlarla əməkdaşlığın qaydasını müəyyən etməyə hüququ var.

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN-i Gürcüstan –ABŞ birgə hərbi təlimləri təxribat addım adlandırıb.


Müəllif:

Oxşar xəbərlər