7 May 2016 21:25
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada son bir neçə gün ərzində İranın İslam İnqilabının Keşikçilər Korpusunun (İİİKK) 13 əməkdaşı ölüb, 21 nəfəri isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İİİKK-nın rəsmi nümayəndəsi Hüseyn Əli Rezai bildirib.


Onun sözlərinə görə, həlak onların hamısı hərbi məsləhətçi olub, onların kimliyi yaxın zamanda elan ediləcək.


Hüseyn Əli Rezai bildirib ki, terrorçuluqla mübarizənin gücləndirilməsi ilə əlaqədar, İran hazırda Suriyadakı hərbi mütəxəssislərinin sayını artırır.


Müəllif:

Oxşar xəbərlər