Bu gün Çinin cənub-şərqindəki Futszyan əyalətində torpaq sürüşməsi nəticəsində tikinti meydançasında 41 fəhlə itkin düşüb, 8 fəhlə xilas edilib.
APA-nın “Sinxua’ agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 5 radələrində Futszyan əyalətinin Taynin rayonunun Sanmin şəhər dairəsində baş verib.
Sürüşmə nəticəsində torpaq kütləsi fəhlələrin yaşadığı yataqxananın üzərini örtüb. Hadisə yerində xilasedicilər, polis çalışır. Xilasedicilər sürüşmənin səbəbinin regiondakı güclü yağıntılarla əlaqədar olduğunu ehtimal edirlər.