10 May 2016 08:37
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin İnternetdə banan, dondurmanı erotik tərzdə yeyilməsini, neylon corablar və s. alt paltarların geyimini qadağan edib. Teleqraf.com "New Express Daily" qəzetinə istinadən xəbər verir ki, Çinin Mədəniyyət Nazirliyi bu kimi videoların ağlı başdan aldığını, pornoqrafiyanı təbliğ etdiyini bildirib.

Qadağalara baxmayaraq Çində erotik saytlar, açıq-saçıq portallara girişin sayı günü-gündən artır. Qadağalar əks effekt verir. Xüsusilə də, gənclərin bu kimi saytlara marağının artması Çin rəsmilərində narahatlıq yaradıb.

Hökumətin qərarı vətəndaşlar arasında iztehza doğurub və qərara kinayəli şərhlər yazıblar. "Nə qədər ki, xiyar qadağan olunmayıb yeyək" deyə, yazılan şərhlərin birində qeyd olunur.


Müəllif:

Oxşar xəbərlər