10 May 2016 00:35
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın işğalının 24-cü ili əlaqədar olaraq anım tədbiri keçirilib.

Birlikdən verilən məlumata görə, təşkilatın rəhbəri Sevinc Əzimbəyli Şuşanın tarixi, əsrarəngiz təbiəti və hər zaman ermənilərin torpaq iddiaları barədə geniş söz açıb: “Şuşa 24 il əvvəl işğal edildi, lakin biz əminik ki, tezliklə Azərbaycan Ordusu bütün Qarabağ torpaqlarının işğaldan azad edəcək və üç rəngli bayrağımız o torpaqlarda dalğalanacaq. Necə ki, aprel ayının 2-5-də cəbhədə baş verənlər zamanı Azərbaycan Ordusu öz sözünü dedi və əhəmiyyətli yüksəklikləri işğaldan azad etdi. Bu döyüşlərdə şəhid olan əsgər və zabitlərimiz hər zaman rəhmətlə anılacaq və onların döyüş şücaətləri dillərdə dolaşacaq”.

Tədbirdə həmçinin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar olaraq ulu öndər Heydər Əliyev rəhmətlə anılıb.

Sonda şəhidlərin ruhuna dualar oxunub və ehsan süfrəsi verilib.


Müəllif:

Oxşar xəbərlər