Ukraynada Qələbə Günündə keçirilən kütləvi tədbirlər zamanı 100-ə yaxın asayiş pozucusu saxlanılıb.
APA-nın”112 Ukrayna”-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna milli polisinin rəhbəri Xatiya Dekanoidze bildirib.
Onun sözlərinə görə, Lvov və Çerkassı şəhərlərində fəallar arasında qarşıdurma yaranıb. İki cinayət işi açılıb, 7 polis əməkdaşı yüngül yaralanıb.