18 İyun 2014 22:29
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lixtenşteyn Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin və onun yaxınlarının maliyyə hesablarını bağlayıb.

Bu haqqda Ukraynanın baş prokuror əvəzi Oleq Maxnitski bildirib.

"Lixtenşteyn knyazlığından Viktor Yanukoviçin və onun yaxınlarının maliyyə və iqtisadi resurslarının qapadılması barədə rəsmi informasiya gəldi. Hesabları bağlananlar 20 nəfərdir", - deyə çərşənbə günü Kiyevdə keçirilən mətbuat konfransında Maxnitski bildirib.

Bu siyahıda Viktor Yanukoviçdən başqa onun oğlu Aleksandr, həmçinin Ukraynada haqqında korrupsiyaya görə cinayət işi açılmış keçmiş yüksək vəzifəli məmurlar da var.

Maxnitskinin sözlərinə görə, bağlanmış hesabların ümumi dəyəri $1,3 milyard təşkil edir.

Ukraynaya Viktor Yanukoviç və onun yaxınları tərəfindən vurulmuş zərərlərin ümumi məbləği haqqında suala cavab verərkən baş prokuror müavini Aleksey Baqaneç bildirib ki, zərərlər az qala dövlətin büdcəsinə bərabərdir./anspress/


Müəllif: