10 May 2016 16:03
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezidentliyə namizəd Donald Trampın müsəlmanlara qarşı mövqeyi ABŞ-ın təhlükəsizliyinə ciddi təhdiddir".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Londonun yeni seçilmiş meri Sadik Xan deyib.

Onun sözlərinə görə, Trampın fikirləri cahilliyi xatırladır.

Qeyd edək ki, Sadik Xan Londonun ilk müsəlman meri seçilib. İlk iş günündə Xan verdiyi açıqlamada deyib ki, Tramp prezident seçkilərində qalib gəlsə, mənim ABŞ-a hər hansı səfərim çox təhlükəli olacaq.

Tramp müsəlmanlara qarşı qatı fikirləri ilə məşhurdur. O, müsəlmanların ABŞ-a gəlməsinin qadağan edilməsi təklifini irəli sürüb və bildirib ki, əgər prezident seçilsə, bu təklifin qəbul olunmasına çalışacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər