Türkiyə prokurorluğu Rusiyaya məxsus Su-24 qırıcısının vurulmasında və pilotlardan birinin ölümündə günahlandırılan Alparslan Çeliyə qarşı bu ittihamları rədd edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "The Daily Sabah" prokurorluqdakı mənbəyə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, Çelik 37 gündən artıqdır ki həbsdə saxlanılır: "Bununla yanaşı, qanunsuz silah saxlama ittihamı üzrə araşdırmalar davam etdirilir".
Qeyd edək ki, Çelik aprelin 3-də saxlanılıb.
Samir