“Bura fars körfəzidir və bu bölgədəki amerikalılar bizimlə fars dilində danışmalıdır”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) dəniz qüvvələrinin komandanı Əli Fədəvi deyib:
“2015-ci ildən başlayaraq regiondakı amerikalılar iranlılarla ingilis dilində yox, fars dilində danışırlar. Hətta yanvarın 12-də fars körfəzində İranın “Farsi” adasının yaxınlığında amerikalı dənizçilərinin tutulmasından sonra da, bizimlə amerikalılar arasındakı bütün danışıqlar da fars dilində aparılırdı”.
Qeyd edək ki, İranın dini lideri Əli Xamneyi mayın 2-də müəllimlərlə görüşündə ölkədə ingilis dilinin gənclər arasında geniş yayılmasından gileylənib. Xamneyinin bu bəyanatından sonra hakimiyyətdaxili radikal cərəyanlara bağlı bəzi ruhanilər və bir sıra rəsmi şəxslər öz çıxışlarında ingilis dilinə qarşı fikirlər səsləndirməyə başlayıblar.
Samir