Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında teıefon danışığı olub. Tərəflər Suriya, İsrail-Fələstin münasibətlərini, eyni zamanda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Rusiya XİN-in məlumatına görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə gerçəkləşib. Qeyd edək ki, bu tərəflər arasında son bir neçə gündə ikinci telefon danışığıdır.