19 İyun 2014 00:49
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhali artımı ilə bağlı məhdudiyyətlər yeni sosial problemlər yaradıb

Əhalisinin sayına görə, dünyanın ən böyük ölkəsi sayılan Çində ciddi ailə planlaşdırılması tədbirləri səbəbindən artım göstəricisi artıq 1 faizdən aşağı enib. Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, bu, ölkədə digər sosial problemə - yaşlı əhalinin sürətlə artmasına səbəb olub.

Son rəqəmlərə görə, ölkədə 60 yaşdan yuxarı insanların sayı 202 milyona çatıb. Hazırda bu yaş qrupuna daxil olan insanlar Çində əhalinin 15 faizini təşkil edir. Ölkədə yaşlı əhalinin hər il bir milyon artması gözlənilir. Sürətlə yaşlanan əhali yeni problemlər də yaradır. Ölkədə yaxın müddətdə vergi verəcək, işləyəcək, yaşlılara baxacaq insanların tapıla bilməyəcəyi xəbərdarlığı edilir.

Xəstə olan və özünə baxa bilməyən yaşlı cütlər çarəni qocalar evinə getməkdə görür. Lakin Çində hazırda ehtiyaclara cavab verəcək keyfiyyətli qocalar evlərinin və müvafiq personalın kəskin çatışmazlığı hiss olunur.

Çin hökuməti əhalinin tərkibinin sürətlə qocalmasının qarşısını almaq üçün tək uşaq siyasətini bir qədər mülayimləşdirməyi qərara alıb. Belə ki, evli cütlərdən birinin tək övlad olması halında ailəyə ikinci dəfə uşaq sahibi olma haqqı verilir.

Nail Cəlil


Müəllif: