Berlində Ukrayna böhranının həlli məsələsini müzakirə etmək üçün “Normand dördlüyü” ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı tərəflər Minsk öhdəliklərinin yerinə yetirilməsi, atəşkəsə əməl olunması, yerli seçkilərin keçirilməsi, amnistiya, Ukraynada konstitusiya islahatları və əsirlərin dəyişdirilməsi məsələsini müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, bu formatda sonuncu görüş martın 3-də baş tutmuşdu.
Samir