19 İyun 2014 01:33
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçin sahib olduğu əmlak və qiymətli kağızlara həbs qoyulub, onun barəsində isə axtarış elan edilib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukraynanın baş prokuroru əvəzi Oleq Maxnitskiy bildirib.

"Vergi ödənişindən 42 milyon qrivna "Artemvsk-vayner" cəmiyyətinə yönəldilib. Bununla bağlı Aleksandr Yanukoviçə xəbərdarlıq edilib. Onun 97 milyon qrivna dəyərində əmlakı və 1,2 milyard qrivna dəyərində qiymətli kağızlarına həbs qoyulub", - Maxnitskiy bildirib.

Nihad


Müəllif: