19 İyun 2014 01:56
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Ali İnzibati Məhkəməsi Konstitusiya Məhkəməsinin keçmiş sədri Vyaçeslav Ovçarenkonun işi ilə bağlı müsbət qərar qəbul edib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Ovçarenko Ali Radaya qarşı iddia qaldırmışdı.

İddiada Ali Radanın "Ukrayna Konstitusiya Məhkəməsi hakimlərinin hakim andını pozmasına baxılması" barədə 24 fevral 2014-cü il tarixli qərarının qeyri-qanuni olduğunun tanınması tələb olunurdu. Məhz bu qərara əsasən, o, Konstitusiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilmişdi.

Məhkəmə Ovçarenkonun iddiasını təmin edib.

Ovçarenko Viktor Yanukoviçlə çoxdan tanışdır. Hətta Mejioqryedə Ovçarenkonun evinin layihə sənədləri tapılmışdı.

1980-cı illərin əvvəllərində onlar "Orcenikidzekömür" birliyində birgə işləyiblər. Yanukoviç orada avtobazanın direktoru, Ovçarenko isə hüquqşünas kimi çalışıb.

2002-ci ildə isə Ovçarenko Yenakievski məhkəməsinə rəhbərlik edib. Məhz onun vaxtında Yanukoviçin mühakimə edilməsi ilə bağlı cinayət işi it-bata düşüb.

Nihad


Müəllif: