İŞİD terror təşkilatı döyüşçüləri İraqın Mosul şəhərinin 60 kilometr şimalında yerləşən Kayyara bölgəsində kütləvi edam həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular bu dəfə öz silahdaşlarını öldürüb.
Məlumatlara görə, İŞİD-çilər 45 döyüşçünü hər kəsin gözləri önündə diri-diri basdırıblar. Edama səbəb İraq ordusunun əş-Bəşir bölgəsinin azad olunması üçün həyata keçirdiyi əməliyyat zamanı həmin 45 nəfərin döyüşdən boyun qaçırması olub.
Samir