12 May 2016 21:50
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi (VSİOM) Rusiyanın 46 regionunda 1,6 min insan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğu keçirib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, sorğuda 130 bəndən ibarət suallar olub.

Sorğunun nəticələrinə görə, 72 faiz rusiyalı Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlıdır. 2014-cü ildə keçirilən analoji sorğuda bu göstərici 45 faiz idi.

71 faiz rusiyalı münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edir. 2014-cü ildə bu göstərici 57 faiz olub. Daha çox Moskva və Sankt-Peterburq sakinləri (20 faiz) münaqişənin həlli üçün müharibənin qaçılmaz olacağını düşünür.

Nəticələrə görə, 44 faiz rusiyalı Rusiyanın münaqişədə vasitəçi kimi iştirakının vacibliyini hesab edir. İki il əvvəlki sorğuda bu göstərici 25 faiz olub. 36 faiz isə Rusiyanın neytral mövqe tutmasının tərəfdarıdır. Halbuki, 2014-cü ildə 60 faiz əhali ölkəsinin münaqişədən kənar durmasının vacibliyini düşünürdü. Sorğuya görə, bu nəticələr Rusiya əhalisinin hazırda Moskvanın münaqişəyə müdaxiləsini dəstəkləyir.

VSİOM-un baş direktoru Valeri Fyodorov bildirib ki, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi rusiyalıların diqqətini bu regiona yönəldib: “Özlüyündə münaqişə onlar üçün maraqlı deyil və tərəflərdən heç birini dəstəkləmirlər. Rusiyalıları daha çox bizim ölkəmizin bu münaqişədə oynayacağı rol maraqlandırır. Rusiya əhalisi münaqişənin həllini mümkün hesab edir”.


Müəllif:

Oxşar xəbərlər