ABŞ prezidenti Barak Obama məşhur aktyor, BMT-in sülh elçisi Maykl Duqlasın ümidlərini doğrultmayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Duqlas Obamanın prezidentliyi dövründə nüvə silahına qadağaların qoyulması ilə bağlı yetərincə çaba göstərmədiyini qeyd edib
Duqlas BMT-in Cenevrədəki ofisində nüvə silahı əleyhinə keçirdiyi toplantıda Obamanın İkinci Dünya Müharibəsində ABŞ tərəfindən bombalanan Yaponiyanın Hirosima şəhərinə gözlənilən səfərini təqdir edib.
Obamanın Yaponiyada üzr istəməyəcəyinə dair qeydlərə də münasibətini bildirən Duqlas "Bu, onun qərarıdır, amma ziyarətin olması məni sevindirdi" deyib.
Aktyor Obamanın prezidentliyi dövründə ölkələrin nüvə silahına sahiblənməsinə qarşı yetərincə tıdbirlər görmədiyini qeyd edib: "Xəyal qırıqlığına uğradığımı deyə bilərəm. Ümid edirəm ki, Hirosima səfərində silahsızlaşdırma ilə bağlı deyəcək sözləri olacaq".
Ayxan