12 May 2016 22:11
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Ulyanovsk avtomobil zavodunda silahlı qüvvələr üçün hazırlanan “Patriot” avomobilinin qapısını aça bilməyib.

Təkrar cəhddə isə qapının dəstəyi qırılıb. Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Putinin yeni istehsal olunan avtomobillərin qapısını aça bilməməsi ilk hal deyil. Daha öncə də bu cür rüsvaylıq olmuşdu. Yeni Lada avtomobilinə minmək istəyərkən Putin qapını aça bilməmişdi.

Qeyd edək ki, bir neçə gün öncə Putin Rusiya ordusunun Suriyadakı fəaliyyətini qiymətləndirərkən əsas qüsurun hərbi texnikaların nasazlığı ilə bağlı olduğunu bildirib.

Ayxan


Müəllif: