13 May 2016 01:35
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ümumi dəyəri 19 milyon dollara yaxın olan və 2015-ci ildə İtaliya muzeyindən oğurlanmış 17 rəsm əsərinin aşkar edildiyini bildirib. Ukrayna rəsmilərinə görə, əsərləri sərhədçilər plastik qablara qoyulmuş vəziyyətdə aşkar ediblər.

Prezident Petro Poroşenko deyib ki, əsərlər "əla keçirilmiş əməliyyat" nəticəsində tapılıb. Onun təbirincə, bu əməliyyat Ukraynada qaçaqmalçılığa qarşı səmərəli mübarizənin aparıldığını göstərir.

Rəsm əsərləri arasında Tintoretto və Rubens-in əl işləri var. Həmin rəsmlər Verona şəhərinin Castelvecchio muzeyindən 2015-ci ilin noyabr ayında oğurlanmışdı. Müzeyin iş gününün sonunda 3 maskalı şəxs binaya daxil olaraq əsərləri oğurlayıb aparmışdı.

Bu işlə bağlı ötən ay İtaliya və Moldovada 13 şübhəli şəxs həbs olunmuşdu, İtaliya rəsmiləri bildirib. Prezident Poroşenko deyib ki, rəsm əsərlərinin identifikasiyası və təslim-təhvil işinin rəmiləşdirilməsi üçün Ukraynaya italiyalı ekspertlər dəvət olunub.

/BBC/


Müəllif:

Oxşar xəbərlər