Makedoniya prezidenti Giorge İvanovun barəsində cinayət işi qaldırılmış siyasiləri əfv etməsi ölkədə narazılığa səbəb olub.
Teleqraf.com xəbər verir ki, prezidenti siyasi böhranın dərinləşməməsi üçün əfv fərmanı vermişdi. Amma bundan sonra narazılıqlar daha da gücləndi. Paytaxt Skopyada yürüşlər keçirən əhali əfv qərarının geri götürülməsini və prezidentin istefasını tələb edirlər.
Makedoniya parlamentinin sədri Trajko eljanovski parlament seçkilərinin daha tez keçirilməsinə dair qərarından sonra ölkədə siyasi ehtiraslar daha da qızışıb.
Aksiya iştirakçıları sona qədər mübarizə aparacaqlarını bəyan ediblər. Prezidentin müxalifət liderlərilə apardığı danışıqlar heç bir nəticə verməyib.
Ayxan