13 May 2016 15:39
2 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə kənd təsərrüfatı məhsullarının keyfiyyətinə zəmanət versə, o zaman türk mallarının Rusiyaya yenidən daxil olması imkanı yaranacaq".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın "Rosselxoznadzor" kənd təsərrüfatı məhsullarına nəzarət agentliyinin sədr müavini Aleksey Alekseyenko deyib.

Onun sözlərinə görə, şifahi zəmanətlər onları qane etmir: "Bu ilin aprelində Rusiyanın "Rosselxoznadzor" agentliyi və türk şirkətləri ilə birgə keçirilən toplantıda Türkiyə tərəfi kənd təsərrüfatı məhsullarının keyfiyyəti haqqında bəzi vədlər verdi. Ancaq vədlərinə əməl etmədilər. Bu səbəbədən biz də radikal qərar qəbul etdik".

Rusiya Nazirlər Kabineti 2016-cı il yanvarın 1-dən etibarən Türkiyə məhsullarının Rusiyaya idxalına qadağa qoyub.

Qeyd edək ki, Moskva və Ankara arasında münasibətlər ötən ilin noyabrında Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurması ilə gərginləşib.

Samir


Müəllif:

Oxşar xəbərlər